15 illik peşəkar təcrübəyə malik qırğızıstanlı işgüzar xanım, Millionaire Conceptin İdarə Heyətinin üzvü və regional direktoru, Rise&Thrive Qadın Sahibkarlar Assosiasiyasının təsisçisi Laura Omuraliyeva hazırda dünya ictimaiyyətinin diqqət mərkəzində olan  Davos Formunda iştirak edir. O, Forumda qadın sahibkarları və liderləri birləşdirən beynəlxalq qadın biznes icması - Rise&Thrive-ı təmsil edir.

Qlobal iqtisadiyyat, biznes və liderliyin əsas vektorlarının formalaşdığı Dünya İqtisadi Forumunun növbəti iclası 19–23 yanvar 2026-cı il tarixlərində reallaşacaq. Artıq 56 ildir ki, hər ilin yanvar ayı dünya siyasi və iqtisadi elitasının nümayəndələri İsveçrənin Davos əyalətində bir araya gələrək gələcəyə dair qlobal müzakirələr edir. Davos Forumu biznesmenlər, investorlar  və vizyonerlərin düşüncəsini formalaşdıran platformadır və onlar üçün kapital yalnız maliyyə resursu deyil, həm də uzunmüddətli təsir üçün bir vasitədir.

Beynəlxalq nüfuza malik işgüzar xanım Laura Omuraliyevanın “Dialoq Ruhu” adı altında baş tutan Forumda iştirakı yeni dövr biznesi və qadınların qərar qəbuletmə sistemlərində rolu kimi iki qlobal trendi bir araya gətirir. O, dialoqlarda Millionaire Concept-in nümayəndəsi və liderlərindən biri kimi iştirak edir.